Pakistanda güclü zəlzələ oldu

Pakistanda güclü zəlzələ oldu
  • Dünya

  • Pakistanın Bəlucistan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Pakistan Milli Seysmik Nəzarət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, Bəlucistan əyalətindən 160 kilometr cənub-qərbdə baş verən zəlzələ yerin 60 kilometr dərinliyində qeydə alınıb.

    Yerli vaxtla saat 17.19-da baş verən 5,5 bal gücündə zəlzələdə can itkisinin olub-olmadığı barədə açıqlama verilməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər