Qəzza zolağında atəşkəs noyabrın 24-də yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 09:00) başlayacaq.
Bu barədə Qətər Xarici İşlər Nazirliyi xəbər yayıb.
Məlumatda bildirilib ki, israilli girovların ilk qrupu saat 16:00 (Bakı vaxtı ilə 18:00) radələrində Qəzza zolağından çıxacaq, qrupa 13 qadın və uşaq daxil olacaq. 4 gün ərzində ümumilikdə 50 nəfər azad ediləcək.
Qeyd edək ki, HAMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib. Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə veriləcək. 150 fələstinlinin müqabilində əksəriyyəti qadın və yaşı 19-dan aşağı olan 50 israilli azad ediləcək.
İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda onların sərbəst hərəkətini təmin edəcəyinə söz verib.