İsrailin Müdafiə Ordusu oktyabrın 20-də Qəzza zolağında HƏMAS-ın bir neçə komanda mərkəzinə, atış məntəqəsinə, eləcə də yeraltı infrastrukturuna zərbələr endirib.
Bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidmətinin “Telegram” kanalında dərc olunan bəyanatında deyilir.
Oktyabrın 20-də İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrailin HƏMAS-a qarşı hərbi kampaniyası üç mərhələdə baş tutacaq və onun yekunu Qəzza zolağında yeni təhlükəsizlik rejiminin yaradılması olacaq.