İsrail Müdafiə Ordusu (İMO) ölkə ərazisinə naməlum obyektlərin daxil olmasından sonra “Hizbullah” təşkilatının Livanın cənubundakı mövqelərinə zərbələr endirib.
Leqal.az xəbər verir ki, bu barədə Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İMO zərərsizləşdirilmiş naməlum obyektlərin daxil olmasına və İMO dronuna atəş açılmasına cavab olaraq Livanın cənubundakı “Hizbullah”ın obyektinə hücum edib”, - mətbuat xidməti ictimaiyyətin diqqətinə çatdırıb.