Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən görüşdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Leqal.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya XİN bildirib ki, Moskva və Tehranın müxtəlif səviyyələrdə siyasi dialoqu və qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti təsdiqlənib.
Hər iki tərəf arasında əsas beynəlxalq mövzular ətrafında maraqlı fikir mübadiləsi aparılıb. Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.