"Abrams" tanklarının ilk partiyası gələn həftə Ukraynaya veriləcək.
Bunu ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə Ağ Evdəki görüşündə bildirib.
"Mən ABŞ-nin Ukraynaya yeni hərbi yardım tranşını təsdiq etdim. Bura artilleriya, sursat və tank əleyhinə silahlar daxil olacaq. Gələn həftə ABŞ ilk "Abrams" tanklarını Ukraynaya çatdırılacaq", - deyə o, bildirib.
Bundan əvvəl jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibi, briqada generalı Patrik Rayder "Abrams"ın Kiyevə çatdırılmasının plana uyğun getdiyini və avadanlıqların yaxın günlərdə və ya həftələrdə Ukraynaya çatdırılacağını bildirib.
Xəbəri sosial şəbəkələrdə paylaşın