Rusiyadan Ermənistanın NATO-ya üzv olma ehtimalına

Rusiyadan Ermənistanın NATO-ya üzv olma ehtimalına
  • Dünya

  • Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Ermənistanın NATO-ya üzv olma ehtimalından danışıb.

    Bu barədə TASS məlumat yayıb.

    “Bu, böyük fantaziyalardır. Ermənistan KTMT-nin üzvüdür və biz bu reallığa əsaslanırıq”, - deyə o bildirib.

    Qeyd edək ki, NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger  Ermənistanın Şimali Atlantika Alyansına qoşulmalı olduğunu bildirib. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan isə bildirib ki, ölkə NATO ilə müxtəlif formatlarda əməkdaşlıq edir və bu prosesi davam etdirməyə hazırdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər