Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralananların sayı 140 nəfərə çatıb.
Leqal.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus deyib.
Onun sözlərinə görə, 140 nəfərdən 41-i xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 60-dan çox evə ziyan dəyib. Avqustun 19-dan 21-dək şəhərdə matəm elan edilib.