Rusiyanın təcridi artır: Çin də uzaqlaşır...

Rusiyanın təcridi artır: Çin də uzaqlaşır...
  • Dünya

  • Ciddədə keçirilən sammitdə bəlli oldu ki, Pekin və Moskva arasında Ukrayna müharibəsinin Rusiyanın maraqlarına uyğun həlli ilə bağlı fikir ayrılıqları güclənib.

    Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

    “Görüşdə Çin nümayəndələri göstərdilər ki, Rusiya deyillər və konstruktiv görünməyə çalışdılar. Avropalı diplomatların fikrincə, bu, Rusiyanın dünyada artan təcridini göstərdi. Eyni zamanda, Çindən gələn nümayəndə heyəti, yəqin ki, Rusiyanın da iştirakı olmadan keçiriləcək oxşar formatda növbəti görüşdə iştirak etməyə hazır olduğunu bəyan edib”, - məlumatda bildirilib.

    İnstitutun məlumatına görə, Rusiyadakı mənbələr bildiriblər ki, Kreml Rusiya 2023-cü ilin fevralından bəri 12 bəndlik Çinin Ukraynaya dair sülh planını rədd edib.

    “Bütün bunlar onu göstərir ki, Çin Ukrayna məsələsində Rusiyanı tam dəstəkləmir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər