Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib.
Hücum nəticəsində itki və dağıntı qeydə alınmayıb.
Qeyd edək ki, əvvəllər də Moskvaya PUA-larla hücum hadisəsi baş verib.