"Türkiyə Ukraynaya humanitar yardımı davam etdirəcək".
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda Ukraynanın bərpası ilə bağlı konfransda bildirib.
"Müharibə səbəbindən çətin vəziyyətə düşmüş Ukraynaya iqtisadiyyatın bərpası üçün yardımı davam etdirəcəyik. Prezidentimiz müxtəlif istiqamətlərdə yardımla bağlı səylərini davam etdirir”, - Fidan deyib.
Bu gün Böyük Britaniyanın paytaxtı Londonda Ukraynanın bərpasına dair ikinci konfrans öz işinə başlayıb. İki gün davam edəcək tədbirdə 61 ölkədən mindən çox xarici qonaq, qeyri-hökumət təşkilatları və biznes nümayəndələri iştirak edir./report