Zelenski: Ukrayna ordusunun əks-hücumu gözlənildiyindən daha aşağı sürətlə davam edir

Zelenski: Ukrayna ordusunun əks-hücumu gözlənildiyindən daha aşağı sürətlə davam edir
  • Dünya

  • Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu gözlənildiyindən daha aşağı sürətlə davam edir.

    Leqal.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski BBC-yə müsahibəsində bildirib.

    Ukrayna Prezidenti vurğulayıb ki, Rusiya qoşunları ölkə ərazisində qaldığı müddətcə heç bir danışıqlar aparılmayacaq.

    Zelenskinin sözlərinə görə, ordunun əks hücum əməliyyatlarını ləngidən səbəblərdən biri də Ukraynanın 200.000 kv.km ərazisinin Rusiya qüvvələri tərəfindən minalanmasıdır.

    “Bəziləri düşünür ki, gedən döyüşlər bir Hollivud filmidir və tez bir zamanda nəticələr gözləyirlər. Bu belə deyil”, - deyə Zelenski əlavə edib.

    Ukrayna lideri Kiyevə təzyiq cəhdlərinə baxmayaraq, döyüş meydanında ordunun öz bildiyi kimi irəliləyəcəyini deyib.

    Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, Ukrayna qoşunları 4 iyundan etibarən uğursuz əks-hücum cəhdləri edir.

    Rusiya Prezidenti Vladimir Putin də Ukrayna Silahlı Qüvvələrinin heç bir istiqamətdə uğurlar əldə etmədiyini vurğulayıb./apa
    PAYLAŞ:

    Oxşar xəbərlər