“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri yaxın zamanlarda baş tutacaq”.
Leqal.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov açıqlayıb.
Onun sözlərinə görə, səfərin tarixi hələ ki müzakirə edilməyib: “Türkiyə Prezidentinin dəvəti var. Putin və Ərdoğan səfərin yaxın zamanlarda olacağına dair razılaşıb, lakin konkret gün və tarix barədə hələ danışmamışıq”.//qafqazinfo