Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Strojevoe kəndini işğaldan azad edib.
Leqal.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə dəniz piyadaları korpusunun 35-ci əlahiddə briqadasından bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya ordusunun 50-yə yaxın hərbçisi məhv edilib, 4 nəfər əsir götürülüb.
Ukrayna Müdafiə Nazirliyi də bu məlumatı təsdiqləyib. Müdafiə nazirinin müavini Anna Malyar 35-ci əlahiddə dəniz briqadasına təşəkkür edib və işğal altındakı bütün torpaqların azad ediləcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl Donetsk vilayətinin Neskuçne, Blaqodatnı və Makarovka yaşayış məntəqələri da işğaldan azad edilmişdi.