Rusiya Ukraynaya elə bir ağır zərbə vurdu ki...

Rusiya Ukraynaya elə bir ağır zərbə vurdu ki...
  • Dünya

  • Kaxovka SES-in rus işğalçıları tərəfindən dağıdılması kütləvi qırğın silahlarından istifadə kimi qiymətləndirilə bilər.

    Bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib.

    Onun sözlərinə görə, Rusiya qəsdən hidroelektrik bəndi dağıdıb və Avropada ən böyük texnogen fəlakəti yaradıb:

    "İnsanlar öz evlərini itiriblər. Təbiət və unikal ekosistemlər bərpaolunmaz şəkildə zədələnib. Xerson bölgəsində 20 minə yaxın ev elektriksiz qalıb, təmiz qida və suya çıxış məhduddur.

    Bu, müharibə cinayətidir və Cenevrə Konvensiyasına uyğun olaraq, kütləvi qırğın silahlarından istifadə kimi təsnif edilə bilər”.
    PAYLAŞ:

    Oxşar xəbərlər