Türkiyənin Trabzon şəhərində sərnişin avtobusu qəza edib.
Leqal.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.
Vali İsmail Ustaoğlu hadisə yerində jurnalistlərə açıqlamasında qəzanın Trabzon Böyükşəhər Bələdiyyəsinin kənd və məhəllələrə gedən avtobusunun aşması nəticəsində baş verdiyini bildirib:
“İndiyədək əldə etdiyimiz məlumata görə, xəstəxanadakı 4 vətəndaşımızın dünyasını dəyişdiyini öyrəndik. Yaralılarımız xəstəxanalara yerləşdirilib, yüngül olanlardan bəzilərinin hadisə yerində müalicəsi davam etdirilir. Hələlik 20 yaralı xəstəxanalara çatdırılıb”./qafqazinfo