Ərdoğan Putinlə danışdı

Ərdoğan Putinlə danışdı
  • Dünya

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

    Leqal.az “TRT Haber”ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Türkiyədə baş verən zəlzələlər və birinci ilində olan Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

    Prezident Ərdoğan zəlzələ ilə bağlı həmrəyliyinə görə Rusiya liderinə təşəkkür edib. O, Rusiya-Ukrayna müharibəsində daha çox insan itkisi və təxribat yaşanmadan ədalətli sülhün bərqərar olması lazım olduğunu bildirib.

    Türkiyə Prezidenti İstanbulda əldə olunan razılaşmanın yenidən canlandırılmasını səmimiyyətlə istədiklərini və hər cür töhfə verməyə hazır olduqlarını vurğulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər