Hatayda bu axşam baş verən 6.4 ballıq zəlzələ nəticəsində azı bir nəfər ölüb.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
“Bizə Samandağ və Dəfnədə dağıntılar olduğu barədə məlumat verilib. Samandağda başına daşın düşməsi nəticəsində bir qadın həyatını itirib. Dəfnə rayonunda dağıntılar altında dörd nəfər qalıb. Onlardan biri çıxarılıb, digərlərinin xilasedilməsi üzrə işlər davam edir”, - deyə nazir bildirib.