Rusiyanın “Proqres MS-21” gəmisi Sakit okeanda batırılıb

Rusiyanın “Proqres MS-21” gəmisi Sakit okeanda batırılıb
  • Dünya

  • Daha əvvəl Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentindən çıxarılan nasaz “Proqres MS-21” yük gəmisi Sakit okeanda batırılıb.

    Bu barədə “Roskosmos” korporasiyası məlumat yayıb.

    Gəmi orbitdən çıxarılıb, bundan sonra atmosferə daxil olub və dağılıb. Strukturun yanmayan elementləri Sakit okeanın cənub hissəsinin gəmi yolları keçməyən ərazisinə düşüb.

    Qeyd edilib ki, “Proqres MS-21” BKS-də 3,5 aydan çox işləyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər