Təbrizdə hökumətyönümlü məddahın meyiti tapıldı

Təbrizdə hökumətyönümlü məddahın meyiti tapıldı
  • Dünya

  • İranda hökumətyönümlü məddah Habil Afaq Azər güllələnib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

    Onun meyiti Təbriz şəhərinin Bəsic meydanı yaxınlığında, Əl-Bəqi bölgəsində tapılıb.

    Bildirilir ki, hökumətyönümlü mədhiyyəçilərdən hesab edilən Habil Afaq Azər Türkiyə və Azərbaycanda İranın siyasi-dini ideologiyasını yayan missionerlərdən olub.

    O, məddahlıq mərasimlərində çıxış etmək üçün İran hökuməti tərəfindən dəfələrlə xarici ölkələrə göndərilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər