Latviyada 20-yə yaxın otel COVID-19 xəstələrinin ixtiyarına verilir

Latviyada 20-yə yaxın otel COVID-19 xəstələrinin ixtiyarına verilir
  • Dünya

  • Latviyanın səhiyyə naziri İlze Vinkelenin COVID-19 xəstələrinin otellərdə dövlət tərəfindən maliyyələşdirilən özünütəcrid rejimini təşkil edilməsi təklifinə təxminən 20 otel öz razılığını ifadə edib.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu sözləri Latviyanın Otel və Restoranlar Assosiasiyasının icraçı direktoru Santa Qraykste söyləyib. S.Qraykste səhiyyə naziri İlze Vinkelenin etdiyi təklifin hələ yazda Ticarət və Sənaye Palatasının irəli sürdüyünü əlavə olaraq bildirib.

    S.Qraykste qeyd edib ki, səhiyyə naziri İlze Vinkele bu yaxınlarda Latviya üzrə COVID-19 pasiyentlərinin xəstəxanaya yerləşdirilməsinə dair kritik göstəricinin 500 nəfər təşkil etdiyini söyləyib. Bildirib ki, hazırda ölkədə koronavirusa yoluxmuş xəstələr üçün xüsusi olaraq ayrılmış 250 çarpayı var və onların hamısı doludur.
    PAYLAŞ:

    Oxşar xəbərlər