Qazaxıstan sərhəddə məhdudlaşdırıcı tədbirləri gücləndirəcək

Qazaxıstan sərhəddə məhdudlaşdırıcı tədbirləri gücləndirəcək
  • Dünya

  • Qazaxıstan koronavirusla mübarizə tədbirləri çərçivəsində sərhəddə məhdudlaşdırıcı tədbirləri gücləndirəcək.

    Qərar ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiyanın iclasında qəbul edilib.

    LEQAL.AZ  azərtac-a istinadən xəbər verir ki, tətbiq olunan məhdudiyyətlər Qazaxıstan vətəndaşlarının qohumları olan və ya ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşlara və ailə üzvlərinə aiddir. Onlara 90 gün ərzində bir dəfədən çox olmayaraq ölkədən getmək və gəlmək üçün icazə verilir.

    Həmçinin 57 ölkənin vətəndaşları üçün vizasız rejimin tətbiqi 2021-ci il mayın 1-dək uzadılıb, 2021-ci il yanvarın 1-dək Çin və Hindistandan tranzit keçən sərnişinlərin respublikada 72 saatlıq vizasız qalmasına icazə ləğv edilib.

    Türkiyə ilə aviareyslərin sayı noyabrın 9-dan həftədə 33 dəfədən 20-dək azaldılıb.

    Qeyd edək ki, noyabrın 2-nə olan məlumata görə, Qazaxıstan ərazisində koronavirus infeksiyası hallarının artması qeydə alınıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər