Bu gün Leyla Əliyevanın doğum günüdür

Bu gün Leyla Əliyevanın doğum günüdür
  • Cəmiyyət / Maraqlı

  • Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ad günüdür.

    LEQAL.AZ xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva 1985-cı ilin iyulun 3-də Moskva şəhərində anadan olub.

    O, Bakıda 160 saylı məktəbdə oxuyub. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. L.Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olmaqla yanaşı, həmçinin Moskvada rus dilində nəşr olunan "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir.

    Leyla xanımın fəaliyyəti digər sahələri də əhatə edir. O, eyni zamanda, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və lideri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəridir

    Leyla Əliyevanın Mikayıl və Əli adlı əkiz oğlanları var. Leyla xanın Əminə adlı qızı da övladlığa götürərək, böyüdür.

    LEQAL.AZ saytı Leyla Əliyevanı doğum günü münasibətilə təbrik edir...

    PAYLAŞ:

    Oxşar xəbərlər