Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, bu gün ölüm faktı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 335 493 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib. Aktiv xəstə sayı 981 nəfər təşkil edir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 581, bu günə qədər isə ümumilikdə 3 675 862 test icra olunub.