Heykəltəraş İlqar Balayev şəhidimizə heykəl hazırladı

Heykəltəraş İlqar Balayev şəhidimizə heykəl hazırladı
  • Cəmiyyət

  • Masallı rayonunun Qasımlı kəndində yaşayan tanınmış heykəltəraş İlqar Balayev bir sıra əsərlərin müəllifidir.

    LEQAL.AZ-ın Cənub bürosunun verdiyi məlumata görə, bu dəfə o, Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Əhədovun büstünü yaratmışdır.

    Heykəl xatirə olaraq Masallı rayonunda yerləşən park ərazisində qoyulacaq.

    Şəhid Eşad Əhmədov 4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. Orta məktəbi burada öz doğma kəndlində oxumuş, Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur.

    Sonra şəhidimiz Ukraynanın  Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olmuşdur.

    Vətənə dönən Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərməyə başlamışdı.

    Şücayyət göstərərək erməni işğalçılarının hücumu zamanı Füzulidə, Aşağı Veysəllidə, Şişqayada və digər bölgələrdə döyüş yolu keçmişdir.

    Onun son döyüşü 11 dekabr 1993-cü ildə  Ağdaş yüksəkliyi uğrunda gedən döyüşlərdə olmuşdur. O, bu döyüşdə mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.

    Qeyd edək ki, heykəlin hazırlanması Milli Məclisin deputatı Məşhur Məmmədovun dəstəyi ilə olmuşdur.

    PAYLAŞ:

    Oxşar xəbərlər