Vətən müharibəsinin daha bir şəhidinin övladı dünyaya gəlib

Vətən müharibəsinin daha bir şəhidinin övladı dünyaya gəlib
  • Cəmiyyət

  • Vətən müharibəsi şəhidi Qubat Əliyevin ikinci övladı dünyaya gəlib.

    LEQAL.AZ  "report"a istinadən xəbər verir ki, 44 günlük müharibə zamanı şəhid olan Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qubat Əliyevin ikinci övladı dünyaya göz açıb. Körpəyə atasının adı verilib, onun səhhəti yaxşıdır.

    Qeyd edək ki, Q.Əliyev ötən ilin sentyabrında könüllü olaraq müharibəyə gedib. O, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavəndin azad edilməsində yaxından iştirak edib. Bir sıra ağır əməliyyatlarda şücaət göstərib. Q.Əliyev Xocavənddən “Qırmızı bazar” istiqamətində gedən zaman, Şuşa ərazisində qəhrəmancasına şəhid olub.

    Şəhid noyabrın 11-də Sumqayıtın Şəhidlər Xiyabanında dəfn edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər