Ölkələrimizin arasındakı əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət etməlidir

Ölkələrimizin arasındakı əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət etməlidir
  • Cəmiyyət

  • Dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 7 ildə ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə də münasibətlərin gücləndirilməsinə üstünlük verir.

    Prezident İlham Əliyevin Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında iştirak etmək üçün sentyabrın 15-də Türkiyə Respublikasına səfəri də bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Səfər zamanı Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşündə ikitərəfli münasibətlərin mövcud durumu və gələcək inkişaf rersrektivləri ilə bağlı fikir mübadiləsi aparmışdır. Tərəflər iki ölkə arasında mehriban qonşuluq münasibətlərinə, dərin tarixi, dini və mədəni ortaqlıqlara toxunmaqla yanaşı, siyasi, iqtisadi sahələr üzrə ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etmişlər. Azərbaycan ilə Türkiyə arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması ilə bağlı saziş də imzalanmışdır.

    Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayeva əməkdaşlıq əlaqələrinin mövcud durumu və inkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsi apararaq yekun sənəd imzalamışdılar. Zirvə toplantısı bir daha türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişləndiyini göstəricisidir.

    Müəllif: Kərimova Əfsanə,
    Masallı şəhər sakini
    PAYLAŞ:

    Oxşar xəbərlər