Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə Kazanda baş vermiş hadisədə həlak olanlarla əlaqədar başsağlığı verib.
LEQAL.AZ xəbər verir ki, başsağlığıda deyilir:
Hörmətli Vladimir Vladimiroviç.
Kazan məktəblərinin birində atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıdıb.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm.