Ulu Öndərçiliyimiz

Ulu Öndərçiliyimiz
  • Cəmiyyət

  • Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Məhz bu dahi insanın səyi nəticəsində  Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu.

    O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi. 1969-cu ilin 14 iyulu əbədi olaraq Azərbaycan xalqının, Azərbaycan Respublikasının tarixinə həkk olunub. Məhz həmin gün möhtərəm Heydər Əliyev Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündür. Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı mütəxəssis hazırlandı.

    Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə fundamental töhfə idi. 1993-cü il iyunun 15-i müstəqil Azərbaycanın Qurtuluş günüdür. Əgər cənab Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi, bu gün dünyanın siyasi xəritəsində Azərbaycan Respublikası adlı dövlətin mövcudluğu mümükün olmayacaqdır.

    Heydər Əliyev tarixi yaradan idi, tarixin özü idi. Tarix isə yalnız böyük dühaların parlaq əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. 
    Atatürk, Vaşinqton, Nehru kimi  Heydər Əliyev də dünyanın nadir simaları arasında layiqli yer tutdu. O, dünya tarixinin azərbaycanlı dahisi  oldu.

    Bu gün isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilir.  Ulu öndər müstəqil, suveren Azərbaycan Respublikasını yaratdı. “Əsrin müqaviləsi”ni imzaladı.

    Təhsilimiz, elmimiz dünya təhsil sisteminə inteqrasiya olundu. Ətrafında minlərlə vətənpərvəri birləşdirən Yeni Azərbaycan Partiyasının yaradıcısı da o oldu. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli istiqlal bayrağı başımızın üstündə yenidən dalğalandı. Həqiqətəndə bir gənc olaraq fəxr hissi keçirirəmki mən Azərbaycanlıyam.

    Altun Süleymanov
    İctimai fəal , Gəncə Dövlət Universitetinin nəznində Regional Kollecin tələbəsi
    PAYLAŞ:

    Oxşar xəbərlər