Çimərkən kisələnmək vacibdirmi?

Çimərkən kisələnmək vacibdirmi?
  • Cəmiyyət

  • Sağlam, qüsursuz və parlaq bir dəriyə sahib olmağın yollarından biri də kisələnməkdir. Bəs kisələnməyin fayda və zərərlərindən məlumatınız varmı?


    LEQAL.AZ ailem.az-a istinadən kisələnməyin faydalarını təqdim edir:

    - Kisələnmək özünüzü hüzurlu və rahat hiss etmənizi təmin edir, stressi azaldır.

    - Dəri altında qan dövranını sürətləndirir və hüceyrələrin çoxalıb yenilənməsinə yardımçı olur.

    - Dərini ölü dəridən təmizləyir.

    - Dəridəki məsamələri açır və dəriniz həmişə təmiz, canlı görünür.

    - Sellülitləri yox edir.

    - Dəridə sızanaq yaranmasının qarşısını alır.

    - Dəriniz yağlıdırsa, kisə sayəsində yağlanmanın qarşısını ala bilərsiniz.

    - Yenilənən hüceyrələr sayəsində immunitet sisteminizin güclənməsinə yardımçı olacaq.
    - Əzələləri yumşaldır, qan dövranını yaxşılaşdırır


    Bəs zərərləri nələrdir?


    - Çox tez-tez kisələnmək dərinin qoruyucu təbəqəsinin yox olmasına və dərinin qıcıqlanmasına səbəb olur.

    - Dəri nəmini itirib quruyur.

    - Zərərli maddələrin dəridən içəriyə girməsinin qarşısını alan bir təbəqə var. Tez-tez kisələnsəniz, həmin təbəqə həssaslaşacaq. Nəticədə dəridə bir çox dəri xəstəliyi yarana bilər. Ancaq 15 gündən bir kisələnsəniz, heç bir ziyanı olmaz.
    PAYLAŞ:

    Oxşar xəbərlər