Bu gün Vətən müharibəsində şəhid olan Bəhrəm Məmmədzadənin doğum günüdür.
Yaşasaydı 21 yaşı olacaqdı.
Şəhidlik zirvəsinə yüksələn qardaşların atası onlar haqqinda deyir ki, qardaşlar şəhid olmağı qarşılarına məqsəd kimi qoymuşdular.
İman və Bəhrəm uşaqlıqdan qardaş kimi, dost kimi çox yaxın olublar.
Məktəbə, idmana bir yerdə gediblər, tələbə kimi bir yerdə oxuyub hərbi xidmətə yollanıblar.
Hazırda onların yaşadığı Binə qəsəbəsində küçə indi qardaşların adı ilə tanınır.
Qeyd edək ki, əslən Lerik rayonundan olan İmanla Bəhrəm qardaşları Xankəndi uğrunda gedən gərgin döyüşlər zamanı şəhid olublar.
Allah bütün şəhidlərimizi rəhmət eləsin!
Müəllif: LEQAL.AZ