İkinci Qarabağ müharibəsi Ali Baş Komandanın siyasi addımları və vətən uğrunda canı, qanı bahasına vuruşan Azərbaycan igidlərinin sayəsində qələbə ilə nəticələndi.
44 gün davam edən müharibədə xalqımızın əzmi və birliyi hər bir ölkəyə nümunə olacaq qədər böyük və dəyərlidir. Hər bir ailənin üzvü sevinci də, kədəri də bir qəbul etdi və yaşadı.
Azərbaycan xalqı bir tərəfdən qələbəyə sevinir, digər tərəfdən şəhidlik zirvəsinə ucalan igidlər üçün kədərlənirdi.
Qələbə qazanmaq uğrunda canından keçən igidlərimizin xatirəsi həmişə uca və unudulmaz tutulur.
Azərbaycanın peşəkar heykəltaraş qardaşları, Müstəqil və Aqşin Balayev bir çox vətənpərvərlik əsərləri yaradıblar.
LEQAL.AZ-ın Cənub bürosunun verdiyi məlumata görə, heykəltaraş qardaşlar bu dəfə eyni gündə müharibəyə gedən və eyni gündə şəhid olan iki qardaşın Bəhram və İman qardaşlarının heykəlini düzəldiblər.
Heykəldə iki qardaşın yanaşı dayandığını, bir qardaşın əlinin digər qardaşın çiynində olduğu göstərilib. Görünür şəhid qardaşlar biri-birlərinə bağlı olublar. Bu da Allahın qismətidir..
Heykəl böyük peşəkarlıq və zövqlə yaradılıb. Həmçinin heykəltaraş qardaşların vətəninə, millətinə bağlılığı və diqqəti böyük qürur hissi ilə qarşılanıb.
Şəhidlik zirvəsinə yüksələn qardaşların atası onlar haqqinda deyir ki, qardaşlar şəhid olmağı qarşılarına məqsəd kimi qoymuşdular. İman və Bəhrəm uşaqlıqdan qardaş kimi, dost kimi çox yaxın olublar.
Məktəbə, idmana bir yerdə gediblər, tələbə kimi bir yerdə oxuyub hərbi xidmətə yollanıblar.
Heykəldə göstərildiyi kimi həyatda da onlar həmişə bir-birinə dəstək və dayaq olublar.
Qeyd edək ki, gənc heykəltəraşların atası İlqar Balayev də tanınmış rəssam və heykəltəraşdır.
Müstəqil və Aqşin deyilər ki, bu sənətin sirrlərini atamız bizə öyrədib.
Qəlbində daim Vətən məhəbbətini yaşadan və bu hissi hər şeydən üstün tutan gənc heykəltəraşlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Allah bütün şəhidlərimizi rəhmət eləsin!
Müəllif: Əminə ELAYDIN