İcra başçısı öz doğum gününü şəhid ailəsi ilə birgə qeyd etdi

İcra başçısı öz doğum gününü şəhid ailəsi ilə birgə qeyd etdi
  • Cəmiyyət

  • Bu gün müqəddəs Ramazan ayının ilk günüdür. Müsəlmanlar Ramazan ayı boyunca oruc tuturlar. Onlar günəş çıxandan batana qədər qida və içki qəbul etmirlər.

    Bütün bayramlarda,özəl günlərdə şəhid ailələrinin,qazilərin ziyarətinə gedən,onlara dəstək olan rayon rəhbəri Ramazan ayının ilk günündə də bu ənənəni davam etdirib. İcra başçısı şəhid Hüseynov Mirəli Arif oğlunun ailəsində olub, iftar süfrəsi arxasında şəhidin ailəsi ilə söhbət edib, birlikdə vətən uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxuyublar.

    Qeyd edək ki, 14 aprel eyni zamanda Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun doğum günüdür. Öz doğum gününü şəhid ailəsi ilə birgə qeyd edən R.Hüseynovun bu addımı həmin ailələrə olan ehtiramın,göstərilən diqqətin bariz nümunəsidir.

    Biz də rayon rəhbərini doğum günü,eləcə də Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir,can sağlığı,uzun ömür arzulayırıq.

    Şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyirik.

    Müəllif: LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər