Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 1000-ə yaxınlaşdı

Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı 1000-ə yaxınlaşdı
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus infeksiyasından 309 nəfər müalicə olunaraq sağalıb, 980 yeni yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 241 min 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 231 min 370 nəfər müalicə olunaraq sağalıb, 3298 nəfər vəfat edib. Aktiv xəstə sayı 6983 nəfərdir.

    Ötən müddət ərzində 2 milyon 726 min 470 test aparılıb. Bugünkü test sayı isə 10 min 453-dür.
    PAYLAŞ:

    Oxşar xəbərlər