ASAN könüllüləri Novruz bayramı ərəfəsində əsgərlərimizə baş çəkiblər - FOTO

ASAN könüllüləri Novruz bayramı ərəfəsində əsgərlərimizə baş çəkiblər - FOTO
  • Cəmiyyət

  • ASAN könüllüləri Novruz bayramı ərəfəsində əsgərlərimizə baş çəkiblər.

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən LEQAL.AZ-a bildiriblər ki, "ASAN Könüllüləri" Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlarımız tərəfindən ünvanlanmış məktublar və “Əsgərə Kitab” aksiyası çərçivəsində toplanmış kitablar qəhrəman əsgərlərimizə təqdim olunub.

    Görüş zamanı, həmçinin "ASAN Könüllüləri" Təşkilatının “Mədəniyyət Carçısı” proqramının musiqi qrupunun üzvləri tərəfindən əsgərlərimiz üçün vətənpərvərlik mövzusunda musiqilərdən ibarət kiçik konsert proqramı da təşkil olunub.

    Məktubların çatdırılmasında məqsəd Azərbaycan əsgərinə mənəvi dəstək olmaq, onların ruh yüksəkliyini artırmaq, göstərdikləri şücaətə görə onlara təşəkkür etmək, xalqımızın dəstəyini və birliyini nümayiş etdirməkdir.

    PAYLAŞ:

    Oxşar xəbərlər