Martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Ağdam Rayon Prokurorluğunun LEQAL.AZ-a daxil olan məlumatında bildirilib ki, aparılmış̧ araşdırmalarla rayonun mexaniki suvarma idarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman həmin ərazidə minaya düşməsi nəticəsində sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası və digər çoxsaylı xəsarətlər alması müəyyən olunub.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.