Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş̧ ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər Rayon Prokurorluğunun mətbuat xidmətindən LEQAL.AZ-a bildirilib ki, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyənləşdirilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.