Azərbaycanda qurulan elektron təyinat sistemləri vasitəsilə 2020-ci ildə e-qaydada 95 min pensiya, müavinət, təqaüd təyinatı aparılıb. Onlardan 11 mini pensiya, 84 mini müavinət və təqaüd təyinatları olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən LEQAL.AZ-a verilən məlumata görə, həmin sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə onlara həmin sosial ödənişlər təyin edilib.
Xüsusilə postmüharibə dövründə şəhid ailələrinə sosial ödənişlərin (təqaüd, pensiya və ya müavinətin) təyinatı prosesinin operativ icrasında bu e-sistemlər xüsusi əhəmiyyət kəsb edib. Həmin ailələrin müraciətinə ehtiyac qalmadan müvafiq ödənişlərin avtomatlaşdırılmış mexanizm üzərindən proaktiv təyinatı aparılır.