Şirvan və Ordubad rayon sakinlərindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Şirvan şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Ş.Həsənovdan müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngi götürülüb.
Bundan başqa, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Ordubad rayonunun Azadkənd kənd sakini M.Bayramov tapdığı “AKM” markalı avtomatı könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.
Hər iki faktla bağlı araşdırmalar aparılır.