Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Q.Mustafayevdə müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Evoğlu kənd sakinləri Q.Rzayevin, X.Axundovun, S.Allahverdiyevin və E.Cahangirovun yaşadıqları evlərinə baxış zamanı beş ədəd “İJ” markalı ov tüfəngləri aşkarlanıb.
Faktlarla əlaqədar təhqiqat davam edir.