Azərbaycan Respublikasının Latviya Respublikasındakı Səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
LEQAL.AZ xəbər verir ki, bu barədə səfirlik öz rəsmi “Facebook” səhifəsində məlumat yayıb.
Bildirilib ki, 20 Yanvar faciəsi ilə əlaqədar Latviyada keçirilən müvafiq anım tədbirləri çərçivəsində səfir Cavanşir Axundov və Səfirliyin bütün kollektivi 1990-cı ildə Azərbaycanda və 1991-ci ildə Latviya Respublikasında törədilmiş 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiramın ifadəsi olaraq Latviya Respublikasının Azadlıq Abidəsi önündə təşkil edilən əklilqoyma mərasimində iştirak ediblər.
oxu.az