20 Yanvar faciəsinə həsr olunan kitab və rəsm sərgisi açılıb

20 Yanvar faciəsinə həsr olunan kitab və rəsm sərgisi açılıb
  • Cəmiyyət

  • Azərbaycanımızın suverenlik uğrunda ilk şəhidlərinin verdiyi Qanlı Yanvar faciəsindən 31 il ötür. Otuz bir il əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası hərbi hissələrinin Bakıya silahlı basqını, dinc, əliyalın insanların, o cümlədən qadınların, uşaqların, qocaların gülləbaran edilməsi tariximizin qanla yazılmış səhifələrindəndir. O qanlı gecədə 147 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Təsadüfi deyildir ki, bu tarixi gün hər il hər yerdə müxtəlif tədbirlərlə qeyd olunur.

    LEQAL.AZ-ın məlumatına görə, Qanlı Yanvar faciəsi respublikamızın hər yerində olduğu kimi Ağsuda, o cümlədən rayon mərkəzləşdirilmiş kitabxana sisteminin (MKS) kollektivi tərəfindən də ayrı-ayrı tədbirlərlə yad edilir. Belə ki, bütün kitabxanalarda, habelə mərkəzi kitabxanada kitab sərgisi, uşaqların, gənclərin əl işlərindən ibarət rəsm sərgiləri açılıb, karantin rejimi qaydaları gözlənilməklə “dəyirmi masa”lar təşkil olunur.

    MKS-nin direktoru Cəbrayıl Bədəlov bildirib ki, sərgilər, “dəyirmi masa”larla yanaşı, sosial şəbəkələrdə “Şəhidlər”, “Qanlı Yanvar”, “Azadlığa gedən yolun zirvəsi” və sair adlı videoçarxlar paylaşır, elektron nəşrlərdən (Prezident kitabxanasının “Təcavüz. 20 Yanvar. Bakı, 1990”) və kütləvi informasiya vasitələrindən materiallar seçib oxucuların istifadəsinə veririk.


    azərtac
    PAYLAŞ:

    Oxşar xəbərlər