Əsirlikdə olanda işgəncələrə məruz qaldım. Bədənimə elektrik cərəyanı verirdilər. Əsirlikdən azad olunanda ayaqlarım işləmirdi. Əgər ayaqlarım işləsəydi, uzanıb torpaqlarımızı öpəcəkdim.
LEQAL.AZ xəbər verir ki, bunu erməni əsirliyindən azad edilmiş hərbi qulluqçumuz Bayram Kərimov yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.
Hərbi qulluqçu bildirib: “Vətənə, yaxınlarımızın yanına qayıtdığım üçün Müzəffər Ali Baş Komandana minnətdaram. Məhz Prezidentimizin sayəsində doğma Vətənimdə, ailəmin yanındayam. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə doğma torpaqlarımızı işğaldan azad etdi”.