Masallı rayon Banbaşı bələdiyyəsinin sədri ilə şəhid atası arasında baş vermiş insident barədə

Masallı rayon Banbaşı bələdiyyəsinin sədri ilə şəhid atası arasında baş vermiş insident barədə
  • Cəmiyyət

  • Masallı Rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, Masallı rayon Banbaşı bələdiyyəsinin sədri ilə şəhid atası arasında baş vermiş insident tərəfimizdən araşdırılmışdır. Şəhid atasının bulaq inşa etmək üçün tələb etdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Bu da bulağın inşası üçün dövlət və ya bələdiyyə səlahiyyətləri çərçivəsində deyil. Biz rayon İcra hakimiyyəti olaraq şəhidin atası ilə görüşüb şəhidin adına bulağın inşası üçün torpaq sahəsinin ayrılması və bulağın inşası üçün yaxın zamanda lazımi köməklik göstərəcəyimizi bildirmişik. Eyni zamanda bələdiyyə sədrinin şəhid atasına qarşı davranışını qınayır qısa zamanda bələdiyyə sədrinin şəhid atasından üzr istəməsini tövsiyə edirik.

    Bundan əlavə olaraq bildirmək istəyirik ki, Masallı rayonunda şəhid ailələrinə, ərazilərə hətta hazırda cəbhə xəttində olan hərbiçilərin ailələrinə rayon İcra hakimiyyəti, hüquq mühafizə orqanları, sahibkarlar, iş adamları və xeyriyyəçilər tərəfindən daim diqqət və qayğı göstərilir. Bütün şəhidlərin məzar daşı məhz bizlər tərəfindən qoyulmuşdur. Tez-tez şəhid ailələri, qazilər və hərbidə olan hərbiçilərin ailələrinə baş çəkilir, onların problemləri ilə maraqlanılır.

    Allah şəhidlərimizə rəhmət etsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər