Bakı Nəqliyyat Agentliyindən-AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyindən-AÇIQLAMA
  • Cəmiyyət

  • Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

    LEQAL.AZ xəbər verir ki, bunu açıqlamasında agentliyin Mətbuat katibi Mais Ağayev deyib.

    O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib:

     "Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib".
    PAYLAŞ:

    Oxşar xəbərlər