Masallı rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov şəhid ailələrini ziyarət etmişdir.
LEQAL.AZ-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun şəhid ailələrinə, qazilərə və hazırda hərbi xidmətdə olan könüllülərin ailələrinə xüsusi diqqət və qayğısı bütün masallılar tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır. Artıq Masallı rayon İcra hakimiyyətində rayon rəhbərinin nümunəvi addımından sonra ənənəyə çevrilmiş aksiya aparatın digər əməkdaşları tərəfindən də həyata keçirilir.
Belə ki, Masallı rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov rayonun Qarğalıq kəndində şəhid gizir Rafail Hüseynovun və Güllütəpə əraziinin Yolağac kəndində şəhid gizir Raqif Əzizovun ailəsi ilə görüşmüş, ailələrin problemləri ilə maraqlanmış, onları narahat edən məsələlərlə bağlı söhbət aparmışdır.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbəri Ali Baş Komandan Cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədova və rayon İcra haikimiyyətinin kollektivinə minnətdarlıqlarını ifadə etmişlər.