Tovuzun Əlibəyli kəndində minaatan mərmisi tapılıb FOTO

Tovuzun Əlibəyli kəndində minaatan mərmisi tapılıb  FOTO
  • Cəmiyyət

  • Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik yanvarın 2-də Tovuz rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə məlumat yayıb.

    LEQAL.AZ-a daxil olmuş məlumatda bildirilir ki, yanvar 2-də saat 13:07-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

    Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə həmin ərazidə yol kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 millimetrlik minaatan mərmisi (OF-832) aşkar olunub və götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Minaatan mərmisinin ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər