Masallı RİH başçısı şəhid ailələrini ziyarət etdi FOTO

Masallı RİH başçısı şəhid ailələrini ziyarət etdi  FOTO
  • Cəmiyyət

  • 01 yanvar 2021-ci il tarixdə yeni ilin ilk günü və öz doğum günündə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Vətən müharibəsində mərdliklə döyüşərək qəhrəmanlıq zirvəsinə yüksələn Masallı şəhidlərinin ailələri ilə görüşmüş və onları qayğıları ilə maraqlanmışdır.  İlk öncə rayon rəhbəri şəhidlərin məzarını ziyarət etmiş, məzarları önünə tər gül dəstələri düzərək ruhlarını ehtiramla yad etmiş və sonra şəhid ailələri ilə evlərində görşmüşdür.

     LEQAL.AZ-ın bölgə müxbiri xəbər verir ki, Rayon rəhbəri şəhid ailələrinin problemləri ilə maraqlanıb onlara bundan sonra da yüksək diqqət və qayğı göstəriləcəyini bildirmişdir.
    Şəhid ailələri də öz növbələrində təzə ilin ilk günü və hətta öz doğum günündə şəhid ailələrinin yanında olduğu, şəhid ailələrinə diqqət və qayğı göstərdiyi üçün rayon rəhbərinə minnətdarlıqlarını ifadə etmişlər.
    Qeyd etmək istərdik ki, Vətən müharibəsi dövründə Masallı rayonda hər bir şəhid ailəsinə, qazisinə hətta hazırda hərbi xidmətdə olanların ailələrinə belə lazımı yardımlar göstərildi və bu dəstək bu gündə davam etməkdədir.

    PAYLAŞ:

    Oxşar xəbərlər