Jurnalist Azər Qəribin anası vəfat edib - FOTO

Jurnalist Azər Qəribin anası vəfat edib - FOTO
  • Cəmiyyət

  • Tanınmış jurnalist, blogger, səyyah Azər Qəribə ağır itki üz verib.

    LEQAL.AZ-ın məlumatına görə, bu barədə Azər Qərib sosial şəbəkədə yazıb:

    "Mənim Mamam 45 yaşında dul qaldı. O gündən sonra nə qədər dedik, saçlarına bir dəfə də olsun rəng vurmadı, həyat yoldaşına sədaqətliyiki kimi görürdü bunu.

    Üç övlad böyütdü, boya-başa çatdırdı, nəvə toyu gördü, nəticə gördü. Son illər səfərlərimi elə salırdım ki, Yeni İl gecəsi Bakıda olum. Ya bu günə qədər gedib-qayıdırdım, yaxud yanvarın əvvəlində düşürdüm yola. Çünki Yeni İl gecəsini anamın yanında olurdum. Bu Yeni İl gecəsini də anamın yanında oldum, amma artıq mərhum anamın yanında. Bu gün isə onu son istəyinə görə Qəbələdə, atamızın yanında torpağa tapşırdıq.

    "Allah bütün gedənlərə rəhmət eləsin! Pandemiya ilə əlaqədar yas mərasimi keçirmirik".
    BAKU.WS
    PAYLAŞ:

    Oxşar xəbərlər