28 ildir Şuşanın işğalına görə ad günü keçirməyən baş leytenant - 2 medala layiq görülüb - FOTO

28 ildir Şuşanın işğalına görə ad günü keçirməyən baş leytenant - 2 medala layiq görülüb - FOTO
  • Cəmiyyət

  • Mən Şuşanın işğalı günü ( 8 may 1992-ci il ) anadan olmuşam. 28 ildə heç vaxt Şuşaya görə ad günümü qeyd etmədim. 

    Milli.Az bildirir ki, bu sözləri döyüşdən qalib kimi qayıdan, iki rayonun azad edilməsi uğrunda gedən döyüşlərdə şücaətinə görə təltif olunan baş leytenant Əfqan Elman oğlu Hüseynov deyib.

    O bildirib ki, uzun illərdir bu səbəbdən özünə doğum günü keçirməyib: "Şükürlər olsun, Allah qismət etdi torpaqlarımızın azad olunmasında şəxsən iştirak etdim və Şuşa işğaldan azad olundu. Bu gün qalib ordunun baş leytenantı kimi ehtiyata buraxılıram. Bundan sonra rahat ad günü qeyd edə bilərəm. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır!" 

    Döyüşlərə leytenant kimi gedən Hüseynov II Qarabağ müharibəsindən sonra baş leytenant rütbəsinə və iki medala layiq görülüb. O, əsasən, Qubadlı və Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edib. Qeyd edək ki, Əfqan Hüseynov Şəmkir şəhərində doğulub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. O, səfərbərliyə çağrılan zaman özəl müəssisələrin birində çalışırdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər